• Şikayət et

Serbiya prezidenti qlobal ərzaq böhranından qorxur

Dünya hazırlaşmalı olduğu ərzaq böhranı ilə üz-üzədir.

SİA-nın rus saytlarından əldə etdibyi məlumata görə, unu Serbiya Prezidenti Aleksandr Vuçiç Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı deyib.

Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri ilə sazişlər enerji böhranından çıxmağa kömək edəcək, lakin enerji böhranından sonra ərzaq uğrunda müharibə gedir: “...Biz buna hazırlaşmalıyıq, hər şeyə strateji baxımdan baxmalıyıq”.

Bunu “Kommersant” nəşri Vuçiçdən sitat kimi gətirib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Serbiya lideri avqustun 1-dən etibarə ölkədə fövqəladə vəziyyət rejimi qüvvədə olmasına baxmayaraq, “...biz bunu rəsmi olaraq elan etməmişik” demişdi.

Onu da əlavə edirik ki, hələ iyulun ortalarında Dünya Bankı, Dünya Ticarət Təşkilatı və Beynəlxalq Valyuta Fondu Rusiyaya qarşı sanksiyaları yumşaltmağa çağırıblar. Koronavirus pandemiyasının nəticələrindən, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatından və kollektiv Qərbin cavab sanksiyalarından narahat olan bu təşkilatların rəhbərləri müvafiq bəyanatı imzalayıblar.

“...2008-ci il böhranı bizə öyrətdi ki, qlobal ticarət məhdudiyyətlərinin tətbiqi bilavasitə ərzaq qiymətlərinin artmasına gətirib çıxarır”.

Məhz bu mənada bəyanat müəllifləri xüsusilə ərzaq ehtiyatlarının istifadəsinə qoyulan məhdudiyyətləri azaltmağa çağırıblar.

Ağasəf Babayev

 

Mənbə:
0
825
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar