• Şikayət et

Rusiyaya qarşı yeni sanksiyalar paketi qəbul ediləcək

Polşanın Avropa İttifaqındakı daimi nümayəndəsi Anjey Sados bildirib ki, dekabrın 9-da Rusiya əleyhinə yeni sanksiyalar paketinin qəbulu gözlənilir.

Publika.az bu barədə xarici KİV-ə istinadla xəbər verir . "Biz cümə günü Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyalar paketinin qəbulunu gözləyirik", - Sados bildirib.

Daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, AK sanksiyalar siyahısına daha 200 fiziki və hüquqi şəxsi, o cümlədən daha üç Rusiya bankını, hərbi sənaye kompleksi müəssisələrini, dövlət üzvlərini əlavə etməyi təklif edir.

Bundan əlavə, Avropa Komissiyası Rusiyanın pilotsuz təyyarələrə çıxışını, o cümlədən onların İran kimi üçüncü ölkələr vasitəsilə daşınmasını məhdudlaşdırmağı təklif edib.

Bundan əvvəl “The Financial Times” yazırdı ki, Almaniya və Fransa, Hollandiya, İspaniya, Belçika və Portuqaliya da daxil olmaqla bir sıra Aİ ölkələri AK-dən Rusiyadan ərzaq ixracını yaxşılaşdırmaq üçün sanksiyaları tənzimləməyi xahiş edirlər, çünki mövcud məhdudiyyətlər ərzaq məhsullarının çatdırılmasını gecikdirir.

Ayşən Rəhim

Mənbə:
0
60
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar