• Şikayət et

Rusiyanın yeni hücuma gücü çatmır?

“...Rusiya Federasiyasının Belarus ərazisindən Kiyevə hücumu bərpa etmək üçün hələ ki, kifayət qədər ehtiyatları yoxdur”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Espresso telekanalının efirində israilli hərbi ekspert David Gendelman deyib.

İsrailli hərbi ekspertə görə, rusların Kiyevə hücumuna gəlincə,.. “indi bunun mümkün olduğuna dair heç bir əlamət yoxdur, çünki Belarus ərazisində ümumiyyətlə Rusiya ordusunun böyük bir qrupu yoxdur, onsuz oradan hücum etmək praktiki olaraq mümkün deyil”.

Gendelmana görə, ruslar bunu ancaq nəzəri cəhətdən edə bilərlər.

Ekspertin sözlərinə görə, indi ruslar Ukrayna Silahlı Qüvvələrinin əks-hücum hərəkətlərini dayandırmaq üçün bütün güclərini işə salmağa çalışırlar.

“Hazırda hər şey resursdan asılıdır”. Bunu da israilli hərbi ekspert deyir.

Xatırladaq ki, bundan əvvəl Ukraynada müharibənin gələn il də davam edəcəyi və rusların yenidən Kiyevlə maraqlana biləcəyi barədə məlumat yayılmışdı.

Mənbə:
0
850
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar