• Şikayət et

Rusiya-Ukrayna savaşı... rus məktəblərində tədris olunacaq?

Deməli, bazar ertəsi hər səhər saatlarından başlayaraq Rusiya məktəblərində Rusiya Federasiyasının Ukraynadakı xüsusi əməliyyatından danışacaqlar.

Belə başa düşülür ki, artıq bundan sonra Rusiya-Ukrayna savaşı... rus məktəblərində tədris olunacaq?

Qeyd edək ki, bununla bağlı Rusiyanın Təhsil Nazırlıyınin də maraqlı olduğu bildirilir. Əslində bunun guya “Əhəmiyyətli haqqında danışın” məktəbdənkənar fəaliyyətlərdə təbliğ ediləcəyi deyilsə də, amma bu elə də bir önəm kəsb etmir.

... Beləliklə, bu barədə bazar ertəsi nazirliyin rəhbəri Sergey Kravtsov Dövlət Dumasının Təhsil Komitəsinin iclasında bildirib.

...Tarix fənnində əsas kursun mənimsənilməsinin nəticələrinə dair tələblər SSRİ-nin dağılmasının, Rusiya Federasiyasının dünya dövləti kimi dirçəlişinin, Krımın yenidən birləşdirilməsinin səbəbləri və nəticələrinin başa düşülməsini əks etdirməlidir.

Deməli, Rusiya Təhsil Nazirliyinin sənədinə əsasən, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı ilə yanaşı, “Rusiya tarixi” təlim kursu çərçivəsində uşaqlar həmçinin 2022-ci ilin geosiyasi böhranı və onun dünya sisteminə təsirini də öyrənəcəklər.

Nazlı Almuradova

 

 

 

Mənbə:
0
840
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar