• Şikayət et

Rusiya müharibə vəziyyətinə keçir: İqtisadiyyatın çökmə təhlükəsi var

Rusiya Federasiyasının hakimiyyət orqanları Ukraynadakı müharibəni dəstəkləmək üçün iqtisadiyyatını “xüsusi öhdəliklərə” hazırlayır.

Bizimyol.info dünya mətbuatına istinadla xəbər verir ki, bu qənaətə Müharibə Tədqiqat İnstitutunun (ISW) analitikləri gəlib. Ekspertlər hesab edir ki, Ukraynada uzunmüddətli müharibəyə hazırlaşan Rusiya öz ordusuna maliyyə dəstəyi üçün şərait yaradır.

Analitiklərin fikrincə, Rusiya Federasiyasının Dövlət Dumasına Rusiya silahlı qüvvələrinə dəstək üçün Rusiya müəssisələrini məcbur edən "iqtisadi sahədə xüsusi tədbirlərin tətbiqini" nəzərdə tutan qanunvericilik düzəlişi təqdim edilib.

Bildirilir ki, dəyişiklik Rusiya müəssisələrinə "xüsusi hərbi əməliyyat" üçün dövlət sifarişlərini qəbul etməkdən imtina etməyi qadağan edəcək. Eyni zamanda Kremlə işçilərin müqavilələrini və iş şərtlərini, məsələn, işçiləri gecə və ya bayram günlərində işləməyə məcbur etmək kimi dəyişdirməyə şərait yaradacaq.

Dəyişiklikdə qeyd edilir ki, Ukraynada davam edən “xüsusi hərbi əməliyyat”da hərbi texnikanın təmiri üçün lazım olan materiallar da daxil olmaqla təchizat çatışmazlığı aşkar edilib. Buna görə, Rusiya rəsmilərinin “səylərini iqtisadiyyatın müəyyən sektorlarında cəmləşdirməli” olduğu bildirilib.

Eyni zamanda analitiklər Moskvanın Zaporojye Atom Elektrik Stansiyasının (AES) Rusiyanın enerji sisteminə inteqrasiyası istiqamətində addımlar atdığına dair siqnalları müşahidə ediblər. Bu isə, Rusiya Federasiyasının Zaporojye AES-in Ukraynaya elektrik enerjisi satması ilə bağlı əvvəlki bəyanatlarına ziddir.

Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov bildirmişdi ki, Ukrayna ordusunun qələbəsi Rusiya iqtisadiyyatının çökməsi potensialını hər gün artırır. Onun sözlərinə görə, problem artıq bütün Rusiya iqtisadiyyatında özünü göstərir və 2022-ci ilin sonuna qədər daha güçlü hiss olunacaq.

İlahin, Bizimyol.info

Mənbə:
0
158
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar