Ronaldinyonun paylaşımlarından sonra Azərbaycan startapında nə dəyişib?

Biri də var, ortada heç nə yoxdur, sən xəyali bir dəyər yaradırsan və dünyanın dörd bir yanından insanlar sənin yaratdığın dəyərə pul xərcləyirlər. "Koin", "Enerji", "Futbolçu" alırlar. Əslində olmayan şeyləri. Qiyməti nədir? Sən təyin edirsən.

Bunu Ronaldinyonun paylaşımlarından sonra Eleven Kings Game-də nələrin dəyişdiyi barədə fins.az-a açıqlama verərəkən Eleven Kings Game-n rəhbəri Orxan Rzayev deyib

O bildirib ki, bu, əslində çox maraqlı biznesdir. Biri var, un, yağ, çörək, nə bilim, şalvar, köynək satasan. Bunun ciddi maya dəyəri olur, istifadə təyinatı olur, yəni adam bilir nəyə və niyə pul xərcləyir. Biri də var, ortada heç nə yoxdur, sən xəyali bir dəyər yaradırsan və dünyanın dörd bir yanından insanlar sənin yaratdığın dəyərə pul xərcləyirlər. "Koin", "Enerji", "Futbolçu" alırlar. Əslində olmayan şeyləri. Qiyməti nədir? Sən təyin eliyirsən. Sayı neçədir? Sən təyin eliyirsən. Ürəyin istəyir, 1 dollar qiymət qoyursan, istiyirsən 5 dollar qiymət qoyursan. Yəni tamamən xəyali bir dəyər yaratmısan və insanlar da buna pul xərcləyir.

Qeyd edək ki, bu günlərdə “Eleven Kings” futbol oyununu yaradıcılarından biri, Orxan Rzayev dünya futbol ulduzu Ronaldinyo ilə uzunmüddətli əməkdaşlığa başlayıb. Bununla da startap futbol ulduzunun simasından və sosial mediadakı nüfüzundan istifadə etmək imkanı əldə edib. Bundan sonra “Eleven Kings” Ronaldinyonun sosial media hesabları üzərindən reklam olunacaq.

 

 

Mənbə:
0
767
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar