• Şikayət et

Rasim Məmmədov 55 milyon manatlıq mənimsəmə və israfetmədə ittiham olunur

Bakı Ağır Cinayətlər Məhkəməsində "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə istintaqı başlayıb.

Trend-in məlumatına görə, hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən posesə təqsirləndirilən şəxsklərin vəkilləri gəlmədiyindən iclasın saatı dəyişdirilib.

Prosesdə Rasim Məmmədov məhkəməyə vacib sənədlər təqdim edəcəyini və ekspertiza rəylərində rəqəmlərin şişirdiyini bildirib:

"Ekspertiza rəyində göstərilən qədər istehsalat, satış olmayıb. 19 ay ərzində bizimlə işləməyiblər, bizdən heç nəyi soruşmayıblar. Kimə nə qədər verilibsə, dəftərçədəki bu rəqəmlərə baxıb, özlərindən rəqəm düzəldiblər. Mən məhkəməyə elə sənədlər verəcəm, görəcəksiniz ki, onların yazdıqları doğru deyil".

İclasda ittiham aktı elan olunub.

İttihamda göstərilib ki, Rasim Məmmədov “Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o cümlədən rəqəmləri şişirtməkdə, başqa şəxslərin adına şirkətlər yaradıb şirkətin mallarını aşağı qiymətlərlə satmaqda, “Baku Steel Company”in məhsullarını öz obyekt və yaşayış binalarına sərf edib. Bütün bunlarla təqsirləndirilən şəxs ümumilikdə təxminən 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol verib.

Göstərilən cinayət əməllərinə görə, Rasim Məmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) yekun ittiham verilib.

 

 

İttiham aktının elanı başa çatan ərəfədə digər vəkillər də prosesə qatılıb.

İtithama münasibət bildirən Rasim Məmmədov özünü təqsirli bilmədiyini deyərək nədə təqsirləndirildiyini anlamadığını deyib.

Vəkil Elçin Sadıqov da ittihamın mahiyyətinin aydın olmadığını bildirib.

Prokuror məhkəmə istintaqı gedişində bütün məsələlərə aydınlıq gətiriləcəyini bildirib.

Rasim Məmmədova ittihamlarla bağlı sərbəst ifadə verməyə hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə sentyabrın 12-də davam etdiriləcək.

Mənbə:
0
1453
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar