• Şikayət et

"Qalatasaray"dan sürpriz ayrılıq - Müqavilə imzalanmayacaq

Luis Kampos "Qalatasaray"la yollarını ayıracaq.

 

Bu barədə Ednews "haberglobal"a istinadən xəbər verir.

 

Məlumata görə, "Qalatasaray"da idman məsləhətçisi çalışan Luis Kampos vəzifəsini davam etdirmək üçün lazım olan şərtlərin yerinə yetirilmədiyini açıqlayıb. O həmçinin qeyd edib ki, klubla müqavilə imzalamayacaq.

 

L.Kampos növbəti mövsüm üçün iddialı layihənin yaradılması ilə bağlı prezident Burak Elmasın təklifini böyük həvəslə qəbul etdiyini bildirib. Lakin klub daxilində qeyri-sabitliyin davam etməsi onu belə addım atmağa vadar edib.

 

Qeyd edək ki, Luis Kampos yanvar ayında "Qalatasaray"ın prezidenti Burak Elmasın dəvəti ilə İstanbula gəlib.

 

Xanlar Əlibəy

Mənbə:
0
127
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar