• Şikayət et

Qadın geyindiyi paltara görə həbs edildi - FOTO

Gənc qadının konsertdə geyindiyi libas ortalığı qarışdırıb.

Ruandanın Kiqali şəhərində fransız sənətçi Taycının çıxış etdiyi konsertə transparan qara libas geyinən Liliane Muqabekazi adlı qadın barəsində şikayət ərizəsi yazıldıqdan sonra əxlaqsız davranışlar nümayiş etdirməsi səbəbilə həbs edilib.

Qadının geyindiyi paltara görə polis qruplarına şikayət edilib. Qadının yerini təyin edən polislər qısa müddətdə Lilianeni nəzarətə götürüb.

Prokurorun qərarından sonra isə Liliane Muqabekazi həbsxanaya göndərilib. Bundan əlavə, prokurorluq qadının 30 gün həbsdə qalmasını istəyib. //azxeber.com

Gənc xanımın konsertdə geyindiyi paltarı təqdim edirik:

Mənbə:
0
1685
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar