• Şikayət et

Putin Avropanı "parçalayacaq"..?

 

““Şimal axını” ilə qaz nəqlinin dayandırılması Avropanın enerji sektorunda fikir ayrılıqlarını göstərdi”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Misirin “NoonPost” nəşri məlumat yayıb.

“...Mövcud böhran çox şeyi yenidən hesablayacaq və gələcəkdə alyans xəritəsinin formalaşması ilə rezonans doğuracaq yeni reallıq ortaya qoyacaq. Qərbin görünən birliyi indi onun arxasında kəskin fikir ayrılıqlarını gizlədir”.

Bunları Misir nəşri yazıb.

Nəşrin yazdığına görə, Avropa bu qış guya Rusiyadan gələn qaz nəqlinin dayanacağını heç gözləmirmiş. Amma “Şimal axını”nın qeyri-müəyyən müddətə dayandırılması avropalılar arasında çaşqınlıq yaradıb və təbii ki, bu da Qərbin daxili mühit sabitliyinin pozulma ehtimalını artırır.

Yenə də bəzi proqnozlara görə, bu il Avropanın sərt qışla üzləşəcəyi deyilir ki, bu da bir çox avropalı sakin istiliksiz və işıqsız qoya bilər.

Əslində Avropada baş verə biləcək enerji böhranı regiondakı nüvə reaktorlarının fəaliyyətinə, istehsal proseslərinin dayandırılmasına da səbəb ola bilər.

Misir nəşri, məlum olan bir həqiqəti, yəni qaz tədarükünün dayandırılmasının bu bölgədə yanacaq qiymətinə təsirsiz ötüşməyəcəyini, qymətlərin qalxacağını da xatırladır.

Qeyd edilməlidir ki, Putin və onun administrasiyası Qərblə qarşıdurmada “qaz silahları”nın tam gücünü yaxşı bilirlər. Ona görə də, onlar, bundan istifadə edərək Avropanı “divara sıxacaqlarına” ümid edirlər.

...Məhz bunlara diqqət çəkən Misir nəşri,.. Rusiyadan tədarükün kəsilməsindən ən az təsirlənən ölkələrlə təbii ki, ən çox zərər çəkən cənub idxalçıları arasında parçalanmaya səbəb ola biləcəyini istisna etmir.

P.S. Artıq bir neçə müddətdir ki, “Şimal axını”nını dayandıran “Qazprom”...bunu kəmərdə yaranan problemlə əlaqələndirir. Amma maraqlıdır ki, Kreml qaz kəmərində “yaranan problem”ə görə də Qərb dövlətlərini günahlandırır. Belə ki, Moskvanın iddiasına görə, sən demə, sanksiyalar qaz kəmərinin təmirinə mane olurmuş.

Ağasəf Babayev

 

 

Mənbə:
0
844
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar