• Şikayət et

Polşadakı ukraynalı qaçqınlar yaşayış xərclərini özləri ödəyəcəklər

Polşada ukraynalı qaçqınların qəbulu şərtləri dəyişir. xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravetski deyib. 2023-cü ilin mart ayından Polşadakı qaçqın müəssisələrində yerləşmə ödənişli olacaq.

“Polşa radiosu”nun məlumatına görə, Varşava hakimiyyəti Ukraynadan xeyli sayda qaçqın axını ilə əlaqədar ölkəsinin vətəndaşlarının vergi yükünü azaltmaq istəyir.

Qeyd edilir ki, qaydalar kollektiv yerləşdirmə sığınacaqlarında 120 gündən çox qalan ukraynalı qaçqınlara şamil ediləcək. Beləliklə,onlar yaşayış dəyərinin ilk 50%-ni, bir neçə aydan sonra isə 75%-ni ödəməli olacaqlar.

"Amma bu, əlillərə, uşaqlara, hamilə qadınlara, pensiyaçılara və çoxuşaqlı ailələrə şamil edilməyəcək", - Moravetski deyib.
Tural Tağıyev

 

Mənbə:
0
71
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar