• Şikayət et

“Çoxdankı arzum idi ki, Azərbaycana gəlim” - UFC döyüşçüsü

 

Bakıda səfərdə olan Qazaxıstanın Azərbaycan əsilli UFC döyüşçüsü Rafael Fiziyevin mətbuat konfransı keçirilib.

101.az xəbər verir ki, o, əvvəlcə ölkəmizə səfəri barədə danışıb: “Çox sevinirəm ki, bura gəlmişəm. Bakı çox gözəl şəhərdir, istiqanlı şəhərdir”.

- Səfərinizin məqsədi nədir? Sizi Azərbaycana kim dəvət edib?

- Gənclər və İdman Nazirliyi tərəfindən dəvət olunmuşam. Burada dostlarım var. Onlarla əlaqə saxlayırdıq. Çoxdankı arzum idi ki, Azərbaycana gəlim. Çünki burada olmamışdım.

- Koronavirusa görə son döyüşünüzü buraxdınız. Özünüzü necə hiss edirsiz?

- Artıq bərpa olunmuşam. Hər şey normaldır. Əsas mərhələyə hazırlaşıram.

- Azərbaycanda döyüş keçirmək planınız yoxdur?

- Bilirəm ki, Azərbaycanda azarkeşlərimiz çoxdur. Planlar var, amma bu, məndən asılı məsələ deyil.

- Azərbaycan döyüşçülərinin MMA-da iştirak potensiallarını necə görürsünüz?

- Azərbaycanda yaxşı idmançılar var. Bunun üçün potensial da, baza da var. Yaxşı cüdoçular, güləşçilər var. Hansı ki, onlar Olimpiya mükafatları qazanıblar. Tofiq Musayev, Nəriman Abbasov kimi idmançıların adlarını çəkə bilər. Onlar Rusiyada çox qələbə qazanıblar. MMA burada inkişaf edəcək.

101.az ( qafqazinfo az)

 

Mənbə:
0
1032
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar