• Şikayət et

Müharibə iştirakçısı veteranlıq ala bilmir - VİDEO

Tanış olun. 44 günlük Vətən müharibəsində iştirak edən Babək Yusifov.

O, Şabranın Çölquşçü kənd sakinidir. 1995-ci il təvəllüdlü Babək 2015-2016-cı illərdə hərbi xidmətdə olub. Müsahibim hərbi xidmət dövründə həm də Aprel döyüşlərinin iştirakçısı olub. Savaşda xüsusi fədakarlıq göstərdiyinə görə hərbi hissə komandanlığı tərəfindən fəxri fərmanla da təltif edilib.

4 il sonra o yenidən ordu sıralarına qatılıb və 44 günlük Vətən Müharibəsində iştirak edib. Babək Yusifovin doyuş yolu Füzulidən başlayıb və müharibədə sanitar təlimatçı olub.

Döyüşdə göstərirdiyi şücaətinə görə, Babək Yusifov Azərbaycan Prezidenti tərəfindən Füzuli, Xocavənd və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib. Babək Yusifovun veteranlıq problemi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etdik. Nazirlikdən bildirildi ki, artıq Babək Yusifovun məsələsi araşdırılıb və tezliklə həlli istiqamətində müvafiq köməklik göstəriləcək.

Bununla belə o, müharibə iştirakçısı statusu ala bilmədiyini deyir

Mənbə:
0
138
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar