Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın Lodz şəhərinə işgüzar səfərə gedəcək. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, səfər 30 noyabr - 2 dekabr tarixlərində baş tutacaq. Mirzoyan ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirak edəcək. Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçiriləcək.
Şahanə Rəhimli