• Şikayət et

Milyardlarla dolları mənimsəyən fırıldaqçı FTB-nin siyahısına salınıb

“Kripto kraliçası” kimi tanınan Ruja İqnatova FTB-nin ən çox axtarılan 10-luq siyahısına salınıb.

Bizimyol.info xəbər verir ki, İqnatova minlərlə insanı milyardlarla avro həcmində aldadıb. O, Bitcoin-ə rəqib olmaq üçün “OneCoin” adlı kriptovalyuta hazırladığını iddia edib və pulları yığandan sonra yoxa çıxıb.

Hesablamalara görə, 2014-cü ilin avqustundan 2017-ci ilin martına qədər Pakistandan Braziliyaya, Kanadadan Norveçə və hətta Fələstinə kimi onlarla ölkədən milyardlarla avro onun qurduğu “OneCoin” şirkətinə daxil olub.

“OneCoin” soyğunçuluğunun uğuru onun təkcə saxta kriptovalyuta deyil, həm də piramida sxemi olması ilə əlaqələndirilir.

Bizimyol.info

Mənbə:
0
167
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar