• Şikayət et

Məktəbli geyimləri və onların yaratdığı bir çox çaşqınlıq -MÜƏLLİMİN ŞƏRHİ

Artıq məlum olduğu kimi 2022/2023-cu tədris ili üçün orta məktəb şagirdlərinə bir neçə rəngdə hazırlanan məktəbli geyimləri satışa çıxarılıb.

Əvvəlcə bu prosesin nə dərəcə uğurlu alınacağı barədə proqnoz verməyə çalışaq.

Özlüyündə müsbət addım sayılan bu hadisə elə ilk baxışdan növbəti tədris ilində 100 faizli nəticə verməyəcəyi təsuratin yaradır. Burda bir neçə amil rol oynayacaq.

Geyimlərin məcburi alınması tələbinin olmaması, (əslində bunu Maddi imkanları zəif olan ailələr üçün müsbət qərar kimi qiymətləndirmək olar) digər tərəfdən geyimlərin müxtəlif variant və rənglərdə təqdim olunması, son olaraq da qiymətlərin heç də hər ailə büdcəsinə uyğun gəlməməsi (eyni tədris ilində bir ailənin 2 və ya çox övladı üçün bu geyimləri alması ona çətinlik yaradacaq). Deyəcəksiniz bəs əvvəlki illərdə də hər sentyabr ayında ailə həmin 3 övladını geyimlə təmin edirdi axı... Əvvəlki illərdə bir ailənin Gülnar,Lalə,Əhməd adında övladları sentyabrda dərsə gedərkən Lalə Gülnarım keçən il geyindiyi ağ köynəyini geyinir, Gülnara yeni ağ köynək alınır, Laləyə də bu il yeni ayaqqabı alınır. Əhməd də bir hissə əvvəlki ilin geyimini geyinir, bir dənə hansısa geyim hissəsi yenilənir. Beləcə cəmi 2-3 elementlə uşaqların da ürəyi müəyyən qədər xoş edilir, ailə büdcəsi də məsələnin öhdəsindən gəlir.

Lakin hal hazırki bu geyimləri yarımçıq almaq pis görüntü yaradar. Növbəti tədris ilində məktəblərdə rəngarənglik müşahidə olunacaq. Rəng məsələsinə gəlincə. Bu barədə açıqlanmalı bir çox məsələlər var. 4-5 rəngdə paltarla nümayiş olur ancaq daha sonra filan rəngləri seçməyiniz tövsiyyə olunur deyilir.

Filan rəngli paltarın satışda olmayacağı deyilir və s. Digər tərəfdən bu rənglərin necə nizamlanması məsələsidir. Daha yaxşı olardı ki, yaxınlıqda yerləşən məktəblərin şagirdləri geyimlərdə rəng fərqinə görə bir-birlərindən fərqlənirlər. Bəzən valideyn deyilən tövsiyyəni nəzərə almır və gedir bazardan gözünə xoş gələn rəngdə formanı alır. Səbəb də bəzən çox bəsit olur:"Mənim oğluma ya da qızıma bu rəng yaraşmır" .

Digər tərəfdən də bəzən sagırd yerdəyişmələri zamanı da bu problem ortaya çıxacaq. Valideyn əvvəl aldığı paltarı kənara atıb yenidən övladının yeni məktəbinin formasını çox böyük ehtimalla almayacaq.

Bəlkə bu geyimləri zonalara təxmini rəngləri bölüşdürülərək satışa göndərərdilər ki, bu kimi problemlər çox yaranmasın.....

Hər halda məktəblər, direktorlar, müəllim kontingenti və ən əsas da yeni dərs ili üçün alış veriş etməzdən öncə valideynlər üçün bu məsələlərə dair geniş istiqamət verici təlimatlar verilməlidir. Çaşqınlıq yaradan digər məsələ isə qızlar üçün olan qış geyimlərində şalvarın nəzərdə tutulmasidir. Bu günə qədər məktəblərdə qızların şalvar geyinməsinə qadağa olduğunu bilirdik. İndi bu yeniliyə uyğunlaşmaq istəməyən bəzi məktəb rəhbərləri həmin şalvarın üzərindən qara xətlə bir "X" işarəsi çəkərək bunu almayın deməyə çalışırlar. Maraqlıdır buna həmin rəhbərin hüququ çatırmı?

Zənnimcə qış aylarında qızların şalvar geyinməsinə icazə verilməsi çox müsbət addımdır. Bu həm sağlam gələcək nəsil yetişməsi, həm daha rahat geyim növü olaraq qiymətləndirilməlidir. Üstəlik bu addımın müəllimlər üçün də tətbiq olunması çox gözəl olardı. Sonda ümüd edirik ki, bu kimi məsələlərlə bağlı yeni məlumatlar, təlimatlar yaxın günlərdə ictimaiyyətə çatdırılacaq.

Balakən rayonu Pərvanə Qurbanova

Mənbə:
0
1762
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar