Makron bildirib ki, Fransa və ABŞ etimadı bərpa etmək prosesindədir

Rəsmi Paris və Vaşinqton qarşılıqlı etimadı bərpa etmək prosesindədir.

Xeberoxu.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Co Baydenlə görüşündən sonra deyib.

Danışıqlar başlamazdan əvvəl Makron ölkələr arasında münasibətlərdəki böhran fonunda “görüşün əhəmiyyətini” vurğulayıb. Bu, ikitərəfli münasibətlərdə gərginlik yarandıqdan sonra iki lider arasında ilk təkbətək görüş idi.

Qeyd edək ki, sentyabrın 15-də Vaşinqton, London və Kanberra yeni təhlükəsizlik tərəfdaşlığı - AUKUS yarandığını elan ediblər. Müqavilə çərçivəsində Avstraliya, xüsusilə ABŞ texnologiyalarından istifadə etməklə, ən azı səkkiz nüvə sualtı qayığı inşa etməyi, həmçinin silahlı qüvvələrini Amerika istehsalı qanadlı raketləri ilə yenidən təchiz etməyi planlaşdırır. Bunun fonunda Kanberra tarixində Paris ilə bağlanmış, 50 milyard avrodan çox dəyərində ölçülən sualtı qayıqların tədarükü ilə bağlı müqaviləni pozub. Mütəffiqlərin bu hərəkətini Fransa "arxadan vurulan zərbə" kimi qiymətləndirib. Fransa ikitərəfli münasibətlər tarixində ilk dəfə olaraq Vaşinqtondan öz səfirini məsləhətləşmələr üçün geri çağırmışdır. Hazırda diplomat artıq ABŞ-a qayıdıb.

Mənbə:
0
551
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar