• Şikayət et

Makeyin ölümü ətrafında söz-söhbətlər – Onun öldürülməsi də istina olunmur…

Belarusun xarici işlər naziri Vladimir Makeyain qəfil ölümü ciddi söz-söhbətlərə səbəb olub…

Bu gün Belarusun xarici işlər naziri Vladimir Makey qəfildən ölüb. İlkin ehtimalalra görə Lukaşenkonun sadiq silahdaşlarından olan xarici işlər naziri infarktdan ölüb. Lakin Rusiya mətbuatında onun ölümü ilə bağlı çox saylı versiyalar və söz-söhbətlər yayılmaqdadır.

Bəzi məlumatlara görə nazir günortadan sonra dünyasını dəyişib və rəsmi Minsk onun ölümünü ika saat gizli sxlayıb. Makeyin xəctəxanaya aparılması ilə bağlı isə heç bir məlumat yoxdur.

Digər versiyada isə bildirilir ki, Makey öz evində infark keçirib, lakin bunu ciddi qəbul etməyərək, həkimə müraciət etməkdən imtina edib. Sabah isə Makey həyat yoldaşı aktrisa Vera Polyakova-Makeyin tamaşasına baxmaq üçün teatra getməyi planlayırmış.

Başqa bir versiyada isə bildirilir ki, Makey Lukaşenkonun qəbulunda olarkən infark keçirib və elə ordaca ölüb.

Qeyd edək ki, Makey Belarusun çoxvektorlu siyasətinin əsas aparıcı siması hesab olunurdu. O, Qərb maraqlarının Belarusdakı gizli lobbisti hesab olunurdu. Buna görə də onun öldürülməsi də, hazırda mətbuatda və sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biridir. Belə hesab edilir ki, Makey Qərbə hansısa informasiyanı sızdıra blərdi. Və yaxud da Makeyin öz işini ustalıqla görməsi Lukaşenkonun ətrafında çoxlarının xoşuna da gəlməyə bilərdi. Bildirilir ki, Vladimir Makeyin Belarus KQB-si ilə kifayət qədər gərgin münasibətləri olub.

Maraqlıdır ki, onun qəfil ölümündən həmən sonra Lukaşenkonun tam nəzarətində olan parlament üzvləri aktiv şəkildə mərhum XİN rəhbərinin heç bir ikibaşlı oyun oynamadığı barədə açıqlama verməyə başlayıblar. Parlamentarlar həmçinin vurğulayırlar ki, Makey prezident postuna da iddialı deyildi və Lukaşenkonun yerinə gözünü dikməmişdi.

Makey haqqında bu gün axşam saatlarında yayılan məlumatlarda bildirilir ki, o, qərbyönlü diplomat hesab olunsa da, Lukaşenkoya sadiq idi və bir çox hallarda Rusiya Xarici İşlər Nazirliyinin bir çox çətin və ağrılı problemlərini həll edirdi. Buna baxmayaraq, o, bəzi MDB xarici işlər nazirləri kimi kiminsə qabağıda dordayayqlı yürümürdü, kağızlardan çüarlar oxumur və hər cür vəziyyətdən çıxış yolu tapa bilirdi.

Bəzi koncpiroloqlar isə əmindirlər ki, Makeyi zəhərləyiblər və bunun səbıbi isə “Batka”nın onun yerinə kimi təyin edəcəyindən sonra məlum olacaq.

Makeyin əsas ölüm səbəbləri isə aşağıdaki kimi sadalanır.

1. Makeyin əsas ölüm səbəbi ürək tutması və insult göstərilir. Ancaq son günə qədər Makey heç də xəctəhal görünməyib. Yeravandan qayıtdıqdan sonra Papanın mümayəndəsi ilə görüşüb. Heç bir ağır xəstəliyi də olmayıb.

2. Ehtimal olunur ki, Makey günortadan sonra Lukaşenko ilə görüşdükdən sonra ölüb. Prezident Qrodnodan gəlib və Makeyi hesabat vermək üçün yanına çağırıb.

3. Makey yerli güc nazirləri tərəfindən zəəhərlənə. Ya da öldürülər bilər. Qeyd olunur ki, Makeyin Belarus KQB-si ilə çox gərgin, Belarus Müdafiə Nazirliyi ilə çox yaxşı münasibətləri olub.
4. Makeyin ölümü Lukaşenkonun hakimiyyətdən gedəcəyi ilə bağlı şayilərin yayılması ilə əlaqəli olduğu güman edilir. Lukaşenkonu isə hazırda postundan ayrılmaqda olan KTMT-nin Baş katibi Aleksandr Zas əvəz edəcək və Kreml öz namizədi olan Zasın nüfuzlu Makeylə problem yaşamasını istəmir..

5. Son zamanlar Makey Kremli qıcıqlandırmağa başlayıb. Ancaq buna baxmayaraq, Kreml Makeyin ölümündə maraqlı ola bilməzdi. Çünki Makey çox tez-tez Rusiyanın həssas problemlərini həll edirdi. Lakin buna baxmayaraq, Makey Belarusun Ukrayna müharibəsinə qatılmasına qarşı olub. Bu da Moskvanın səbrini tükəndirə bilərdi. Qeyd edilir ki, Makeyin düşmənləri isə müharibə partiyası tərəfdarları ola bilərdi. Çünki Makey qətiyyətlə Belarusun Ukrayna müharibəsinə qatılmasının qarşısını alırdı.

İndi hər şey onun yerinə kimin təyin olunacağıdır. Onun yerinə təyin olunan adam Belarusu müstəqil dövlət olaraq qəbul edəcək, yoxsa təmsil etdiyi dövləti Rusiya və Belarusun İttifaq dövlətinin bir parçası olaraq qəbul edəcək və Qərbə tərəf heç bir reverans etməyəcək? Digər tərəfdən yeni nazir Belarusun Ukrayna müharibəsinə girməsinə isti baxacaqmı? Bəlkə “Batka”nın ehtiyatında Makey kimi peşəkar daha bir diplomat var?

Bütün bu sualalr artıq bir çox ağızlardan eşidilməkdədir. Bununla yanaşı Mekeyin ehtimal olunan xələfinin də adı artıq çəkilməkdədir. Bir çoxları hesab edirlər ki, Lukaşenko Makeyin yerinə Belarusun Türkiyədəki sabiq səfiri, Belarus parlamentinin aşağı palatasının beynəlxalq məsələlr üzrə daimi komissiyasının sədri Andrey Savinıx tutacaq.

Ən son məlumatlara görə isə Belarus müxalifətinin lideri Svetlana Tixonovskaya Makeyin ölümünü şərh edərkən bildirib ki, “ölkə onu bir xəyanətkar olaraq tanıyacaq. Çünki Makey 2020-ci ildə Lukaşenkonu müdafiə edərək öz xalqının iradəsinə qarşı çıxıb və beynəlxalq aləmdə uzurpatoru müdafiə edib”.

Mənbə:
0
488
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar