Magistraturaya sənəd qəbulu başa çatıb.
REAL DİM-in saytına istinadən xəbər verir ki, ümumilikdə 21103 nəfər ərizəsini təsdiq edib. Onlardan 19372-si Azərbaycan, 1731-i isə rus bölməsi üzrədir.Həmçinin 14839 nəfər 2-ci cəhd imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib.
Onlardan 13760-ı Azərbaycan, 1079-u isə rus bölməsində təhsil almış bakalavrlardır.