• Şikayət et

Macarıstan Avropa İttifaqından çıxarılır?

Macarıstan Avropa İttifaqından çıxa bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Çexiya hökumətinin Avropa məsələləri üzrə naziri Mikulas Bek deyib.

Onun sözlərinə görə, Rusiya ilə bağlı Budapeştlə fikir ayrılıqları səbəbindən belə bir ssenari mümkündür. Qeyd edilməlidir ki, Macarıstan sanksiyalarla bağlı digər Avropa İttifaqı üzvlərindən fərqli mövqe tutur.

“...Məncə, Macarıstan bir növ uçurumun kənarına qədər uzun bir yol qət edib və indi o, bu kənardan uzaqlaşmaq, yoxsa şansdan istifadə edib tullanmaq barədə qərar verməlidir”.

Qeyd edək ki, rusların “RİA Novosti” agentliyi bunu Mikulas Bekin dediklərinə istinadən yazıb.

Bek Macarıstanı Avropa İttifaqının ümumi siyasətinə uyğun saxlamaq üçün “çox işləməyi” planlaşdırdığını da vurğulayıb.

Bu arada Macarıstan hökumətinin rusiyalı milyarderlərə qarşı sanksiyaların ləğvi tələbindən imtina etdiyi də üzə çıxıb. ...Amma deyilənlərə görə, Rusiya Federasiyasına qarşı sanksiyalar sentyabrın 15-də etiraz edilmədən uzadılacaq.

Ağasəf Babayev

 

Mənbə:
0
878
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar