• Şikayət et

Luqanskdakı “sakitliklə” bağlı xəbər...Moskvadan verilir

"Luqansk Xalq Respublikası”nın bütün ərazisi Rusiya və “LPR2-nin müttəfiq qüvvələrinin nəzarəti altındadır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə respublikanın Rusiyadakı nümayəndəliyinin rəhbəri Rodion Miroşnik öz Telegram kanalında məlumat verib.

Miroşnikin sözlərinə görə, Ukrayna respublikadakı vəziyyətlə bağlı şayiələri şişirtməklə çaxnaşma yaratmağa çalışır.

“...LPR-nin bütün ərazisi müttəfiq qüvvələr tərəfindən idarə olunur. Ukrayna çaxnaşma salmağa çalışır... Ukraynanın yaydığı şayiələr həddindən artıq şişirdilir. Hər yerdə vəziyyət sakit və sabitdir, tamamilə LPR-nin nəzarəti altındadır”.

Qeyd edək ki, xəbəri “Luqansk Xalq Respublikası”nın “səfiri” Rodion Miroşnik Moskvadan verir(?)

Miroşnik, əlavə edib ki, Lisiçanskın atəşə tutulması ilə bağlı xəbərlər də yalandır. Onun sözlərinə görə, bu, Seversk bölgəsində iki aydır davam edən hərbi əməliyyatların səsləridir.

...Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi İzyum və Balakleya rayonlarında qoşunların yenidən qruplaşdırılması ilə bağlı qərar qəbul etdiyini açıqlamışdı.

Ağasəf Babayev

Mənbə:
0
889
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar