• Şikayət et

Lukaşenko aşpazını və mühafizəsini dəyişib

 

Belarus prezidenti Aleksandr Lukaşenko xarici işlər naziri Vladimir Makeyin bilinməyən səbəbdən qəfil ölümündən sonra qorxuya düşüb...

PİA.az Rusiya mətbuatına əsasən xəbər verir ki, Belarus preezidenti aşpazlarının, ona xidmət edən personalın və mühafizəçilərinin dəyişdirilməsini əmr edib. Həmçinin Lukaşenko övladlarının mühafizəsini də artırıb.

Qeyd edilir ki, Lukaşenko Vladdimir Makeyin qəfil ölümündən sonra ehtiyat tədbirlərini artırıb və belə hesab edilir ki, o, Makey kimi qəfil ölə biləcəyindən ehtiyat edir.

Qeyd edək ki, dünən axşam saatlarında Belarusun xarici işlər naziri Vladimir Makey bilinməyən səbəbdən gözlənilmədən ölüb. Belarus hakimiyyəti onun zəhərlənənməsindən şübhələnir.

pia.az

Mənbə:
0
466
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar