• Şikayət et

Ölkədə 90 məzunun diplomunun tanınmamasına səbəb nədir? - Ekspertdən AÇIQLAMA

Xəbər verdiyimiz kimi xaricdə təhsil alan 90 nəfərin diplomu tanınmayıb. Məlumata görə, ötən ay üzrə 360 müraciətçinin 270-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilsə də 90 məzun diplomsuz qalıb.

Məsələ ilə bağlı Ednews-a danışan xaricdə təhsil üzrə eskert Fuad Hacıyevin verdiyi məlumata görə xarici dilomun tanınması universitetdən deyil, tələbədən asılıdır.

“Diplomların tanınması ilə bağlı Təhsil nazirliyi və Nazirlər kabinetinin ölkələrarası müqaviləsi mövcuddur və bu saziş diplomların ölkədə tanınmasını əhatə edir. Problemin kökündə isə tələbələrin mütəmadi olaraq dərslərə qatılmaması və ya təhsil aldığı ölkənin dilini bilməməsi dayanır”.

Ekspertin fikrincə, diplom ala bilməyən tələbələr arasında qiyabi təhsil alanların çoxluq təşkil etməsinə səbəb Azərbaycan Təhsil Nazirliyi tərəfindən distant təhsil formasının tanınmamasıdır.

Fuad Hacıyev həmçinin, təhsil müəssisələrinin də bu məsələdə rolunun olduğunu qeyd edib.

“Akreditasiyası olmayan universitetlərin də diplomları tanınmır. Belə universitetlərin diplomu öz ölkələrində də tanınmır. Ölkəsində tanınmayan diploma isə heç bir ölkə qəbul etmir”

Qeyd edək ki, akreditasiyası olmayan universitetlərin siyahısı Təhsil Nazirliyinin rəsmi saytında mövcuddur:

https://www.tkta.edu.az/p/nostrify-your-diploma#digital-application

Xatırladaq ki, xaricdə təhsil tədris dili üzrə bilik səviyyəsinin aşağı olması səbəbilə 42, dəsrlərə mütəmadi qatılmayan 25, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbilə 13, digər səbəblərdən isə 10 məzun diplomsuz qalıb.

 

Ləman Abbaslı

 

Mənbə:
0
126
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar