• Şikayət et

Liz Trasın təklifi Fələstini qəzəbləndirib

Böyük Britaniyanın baş naziri Liz Trasın ölkənin Təl-Əviv şəhərindəki səfirliyini Qüdsə köçürmək barədə təklifi fələstinlilərin qəzəbinə səbəb olub.

Fələstinin Britaniyadakı səfiri Husam Zomlot Trasın təklifini beynəlxalq qanunların kobud şəkildə pozulması adlandırıb.

O bildirib ki, köçürmə qərarı İsrail-Fələstin münaqişəsinin hər iki ölkənin xeyrinə həlli prosesinə zərər vuracaq.

Səfir Trasın qanunsuz və məsuliyyətsiz fikirlər səsləndirdiyini deyib.

İsrailin baş naziri Yair Lapid Trassa bu təklifinə görə təşəkkürünü bildirib.

Səfirliyin Qüdsə köçürülməsinin müəyyən fəsadlar doğuracağı istisna edilmir.

Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının 2018-ci ildə atdığı oxşar addım ərəb dünyasında irimiqyaslı etirazlar və qarşıdurmalara səbəb olub.

Qarşıdurmalarda onlarla insan ölüb. Qüdsün statusu İsrail-Fələstin münaqişəsində ən təzadlı məsələlərdən biridir.

İsrail bu şəhəri tamamilə özününkü hesab edir, Fələstin isə şəhərin şərq hissəsini gələcək dövlətin paytaxtı kimi görür.

Mənbə:
0
269
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar