• Şikayət et

Kraliçanın dəfni üçün...1,5 milyon budaq qərənfil

Kraliça II Yelizavetanın yas və dəfn proqramı üçün Antaliya və İspartadan gül tələbatı 90 faiz artıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, cənazə üçün təxminən 1,5 milyon budaq qərənfil daşınmasına başlanıb.

Qeyd edək ki, İngiltərədə yas və dəfn mərasimləri üçün 10 günlük proqram hazırlanıb. Bununla əlaqədar İngiltərədən Antaliyaya mərasim üçün kəsmə gül tələbatı 80-90 faiz artıb. Göndərmələrlə bağlı şirkətlər yük maşınları yerinə daha sürətli olan təyyarələrlə çiçəkləri yollayır. Tələbatla bağlı Antaliya və İspartada gülçülərin gündəlik iş vaxtı 2 saat, işçilərin sayı isə 50 faiz artırılıb.

Mənbə:
0
798
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar