• Şikayət et

Kənar şəxslər məktəblərdə şagirdlərə narkotik satır - Şok iddia

“Son illər yetkinlik yaşına çatmayanlar arasında narkotikdən istifadə halları artıb”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Xatırladaq ki, ötən gün AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olan deputat Fazil Mustafa 8-9-cu sinifdə oxuyan qızların narkotik vasitə aludəçisinə çevrildiyini, məktəblərin bunu ört-basdır etdiyini bildirib.

Kamran Əsədovun sözlərinə görə, məktəblərdə nəzarət mexanizmi çox aşağı səviyyədədir:

“Çox təəssüf ki, son illər bizdə yetkinlik yaşına çatmayanlar arasında narkotikdən istifadə halları müşahidə edilir. Bu nə qədər xoşagəlməz olsa, belə bu hallar var. Və ciddi şəkildə müzakirə aparılır.

Düşünürəm ki, burada faktların olmasını inkar etmək yanlış olardı. Orta ümumtəhsil məktəblərimizdə bu kimi hallara rast gələ bilərik. Bu onu göstərir ki, nəzarət mexanizmi çox aşağı səviyyədədir”.

Ekspert məktəb direktorlarını biganəlikdə qınayıb:

“Bəzən məktəb direktorları məktəblərə nəzarət edə bilmirlər. Hər hansı kənar şəxs məktəbin ərazisinə daxil olaraq narkotik maddələri şagirdlərə satır. Narkotik maddələrin alınması ilk vaxtlarda ciddi problemə çevrilməsə də sonradan təhsilin normal axınına ciddi şəkildə mane olur. Onlar tədris prosesinə mane olmaqla yanaşı dərsi pozub, başqa şagirdləri də cəlb edirlər.

Məktəblərdə mühafizə tədbirləri daha da gücləndirilməlidir. Bu təkcə Bakı məktəblərinə aid deyil. Bu kimi halları zaman-zaman hər yerdə eşidirik. Biz KİV-də azyaşlıların videoroliklərini də görürük. Çox təəssüf ki, bundan istifadə ilə bağlı özlərinin acı taleyini danışırlar. Bu faktların olduğunu heç kim inkar edə bilməz”.

K.Əsədov qeyd edib ki, ciddi cəza tədbirləri görməklə faktların sayını azalda bilərik:

“Valideyn nəzarətsizliyi də öz sözünü deyir. Uşaqlar valideynlərindən gizlin bunu edirlər. Nə qədər xoşagəlməz olsa da, bu faktlar var. Düşünürəm ki, ciddi cəza tədbirləri görülərsə, ən azından faktların sayını azalda bilərik”.

Mənbə:
0
3823
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar