• Şikayət et

Kalından Türkiyə-Ermənistan sərhəddi ilə bağlı açıqlama

Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın yaxın vaxtlarda üçüncü ölkə pasportu olan şəxslər üçün Ermənistanla sərhədin açılmasının mümkünlüyünə eyham vurub. O, bu barədə yerli mətbuatdan birinə müsahibəsində bildirib. "Xüsusi nümayəndələrimiz mütəmadi olaraq bu məsələləri müzakirə edirdi. Deyə bilərik ki, müsbət bir proses irəliləyir. Bu, pasportlarla icazələrin verilməsi, yaxın gələcəkdə atılması lazım olan mümkün addımlardır", - Kalın iki ölkə arasında aparılan danışıqlara münasibət bildirərkən deyib.

O bildirib ki, qərarların qəbulu prosesi başlayıb və bu çox vacibdir.

"30 ildir görünməyən təmaslar yaradılıb. Bu yaxınlarda ölkəmizin prezidenti ilə Ermənistanın baş naziri görüşüblər. İlk dəfə olaraq belə bir görüş olub. Bu səviyyədə görüşlər”, - Kalın qeyd edib.
 

Mənbə:
0
50
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar