• Şikayət et

İtaliyanın kənd təsərrüfatı sektoruna quraqlıq səbəbindən 6 milyard avroya qədər ziyan dəyə bilər

Bakı. Trend:

İtaliyada quraqlığın vurduğu ziyan altı milyard avroya çatabilər, kənd təsərrüfatı sektorunun ÜDM-si isə 10% azalma riski iləüzləşib.

Trend xəbər verir ki, bu barədə İtaliyanın "Coldiretti" kəndtəsərrüfatı istehsalçıları assosiasiyasına istinadən "Il Sole 24Ore" qəzeti məlumat yayıb.

İtaliyada ciddi quraqlıq vəziyyəti hökm sürür, ölkənin dörddəbiri səhralaşma təhlükəsi altındadır. İtaliyalı kəndtəsərrüfatçıları xəbərdarlıq edirlər ki, makaron hazırlamaq üçünistifadə edilən bərk buğdanın məhsulu 30%, yumşaq sortlar isə 20%azalacaq.

Qeyd edilir ki, bəzi rayonlarda məhsul itkisi 40%-ə qədər olabilər.

 

 

Eyni zamanda, qarğıdalı məhsulu ilə bağlı vəziyyət dahakritikdir: bütün milli istehsalın demək olar ki, 90%-ni təşkil edənLombardiya, Piemont, Veneto və Emiliya-Romanya bölgələrinə daha çoxziyan dəyib. Bu səbəbdən məhsul iki dəfə azala bilər.

Bundan başqa, bəzi ərazilərdə meyvə-tərəvəz məhsulunda 70% itkiproqnozlaşdırılır. "Coldiretti" üzüm məhsulu ilə bağlıperspektivləri qiymətləndirməkdə çətinlik çəkib, lakin istehsaldaazalma ehtimalının daha yüksək olduğunu bildirdi.

Mənbə:
0
2551
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar