• Şikayət et

İstehlakçılara 267,2 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb

Bakı. Trend:

2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və iaşəobyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsiningeri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir,layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühümnəticələr verir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, hazırdaölkə üzrə tətbiq edilən onayn nəzarət-kassa aparatlarının (NKA)sayı 66.339-dur. 2022-ci ilin yanvar-iyun aylarında yeni nəsilNKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10 milyard 636 milyon507,3 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə55,2 faiz çoxdur.

Dövlət Vergi Xidməti bildirir ki, bu günədək alınmış mallaragörə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçünwww.edvgerial.az portalında 1,8 milyondan çox istifadəçi qeydəalınıb. “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ciilin 6 ayı ərzində portalda qeydiyyatdan keçmiş istehlakçılaraümumilikdə 651.001.786 kassa çeki üzrə 267,2 milyon manatdan çox,təkcə bu ilin yanvar-iyun ayları ərzində isə 222.747.769 cek üzrə95,3 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

 

ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün ilk növbədə,istehlakçı, yəni alış-veriş edən və ya xidmətlərdən yararlanantərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDVödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər dəƏDV-yə cəlb olunmalıdır. Digər məqam satıcının yeni nəsil kassaaparatlarından istifadə etməsi ilə bağlıdır. ƏDV-nin bir hissəsininqaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğuobyektlərdə mümkündür.

Mənbə:
0
2590
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar