• Şikayət et

İsa Qəmbər niyə 180 manat pensiya alır? – Rəsmi

Azərbaycan Ali Sovetinin keçmiş sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin pensiyasının məbləği sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 

Buta.ws xəbər verir ki, vəkil Xalid Ağəlinin İ.Qəmbər 180 manat pensiya alacağını bildirməsi təəccüblə qarşılanıb.

Onun sözlərinə görə, İ.Qəmbər Avropa Şurası məkanında ən az pensiya təyin edilmiş yüksək vəzifəli şəxsdir.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bakupost.az-a verilən açıqlamada bildirilib ki, İ.Qəmbərin fərdi hesabında əmək pensiyasının təyinatı üçün tələb olunan qədər pensiya kapitalının olmadığı, eyni zamanda, əmək kitabçasında sığorta stajının 25 ildən az olduğu müəyyən edilib.

“Bu səbəbdən ona yaşa görə pensiya deyil, yaşa görə müavinət (180 manat) təyin olunub”, - açıqlamada deyilir.

Mənbə:
0
3660
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar