• Şikayət et

“İndi Rusiya ilə danışıqlara hazır deyiləm...”

...Ukrayna prezidenti Vladimir Zelenski hazırda Rusiya ilə danışıqlara hazır olmadığını bildirib.

“...Bu gün yox. Mən onların tərəfində konstruktiv olmaq istəyi görmürəm", - o, bazar günü CNN telekanalına müsahibəsində müvafiq sualı cavablandırıb. “Bu mənim prinsipimdir, ultimatum qoyanlarla danışmıram”, - deyə Zelenski əlavə edib.

Maraqlıdır ki, Ukrayna prezidenti ““sona qədər mübarizə aparacaqsanmı” sualına da müsbət cavab verib.

“...Bilirəm ki, bəzi ölkələr bizi Minsk prosesinə sövq edir. İstəyirəm ki, dünya tanısın ki, bir məsələ diplomatik həll yoludur, digəri isə Minsk-2, -3, -5, -10. Bunlar iki fərqli şeydir, çünki Minsk boş kağız parçasıdır”- deyə Zelenski Kiyevin yerinə yetirmədiyi Donbassdakı münaqişənin həlli ilə bağlı Minsk razılaşmalarına toxunaraq bildirib.

Zelenski, Rusiya Ukrayna ərazilərini tərk etdikdən sonra nə demək istədiyini açıqlamadan iki ölkə arasında saziş bağlana biləcəyini əlavə edib.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən bazar günü “...Rusiya Ukrayna ilə danışıqlardan əl çəkmir, lakin Kiyevin daha da gecikdirməsi Moskva ilə razılıq əldə etmək imkanını çətinləşdirəcək”-deyə bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Kiyevin danışıqların yalnız Ukraynanın qələbəsindən sonra, “Rusiya Ukrayna torpaqlarını tərk edəcəyi” zaman baş tuta biləcəyi barədə bəyanatlarını qeyd edib. Lavrov belə qənaətə gəlib ki, əgər bu, Ukraynanın seçimidirsə, o zaman Rusiya xüsusi hərbi əməliyyat çərçivəsində qarşıya qoyduğu məqsədlərə necə nail olacağını bilir.

Ağasəf Babayev

 

 

 

Mənbə:
0
827
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar