• Şikayət et

İƏT PA-nın komitə iclasları keçirilib - VİDEO

Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı çərçivəsində Milli Məclisdə Qadın, gənclər və mədəni məsələlər üzrə komitənin iclası baş tutub.

İclası giriş sözü ilə açan Milli Məclisin deputatı Könül Nurullayeva bildirib ki, İƏT başda olmaqla, bütün beynəlxalq platformalar üzərindən post-pandemiya dövründə də fəallıq artırılmalı, beynəlxalq müstəvidə tərəfdaşlarımızla əməkdaşlığımızı daha da dərinləşdirməliyik. İclas çərçivəsində “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu müzakirə olunub, post-pandemiya dövründə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Ardınca Kommunikasiya və əlaqələndirmə üzrə komitənin toplantısı baş tutub. Burada da post-pandemiya dövrünün prioritet istiqamətləri müzakirə edilib.

Daha sonra qurumun Ticarət və İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət Sazişi üzrə komitəsinin iclası keçirilib.

İclasda Milli Məclisin deputatı Tahir Mirkişili də çıxış edib.

Bildirilib ki, post-pandemiya dövrünün prioritet istiqamətləri Azərbaycan üçün də böyük önəm kəsb edir. Konfrans iştirakçılarının diqqətinə çatdırılıb ki, ölkəmizdə İƏT PA-nın fəaliyyətinin gücləndirilməsi istiqamətində müvafiq səylər göstəriləcək.

Mənbə:
0
103
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar