• Şikayət et

Harri Keyn karyerasını "Chelsea"də davam etdirə bilər.

"Tottenham"in futbolçusu Harri Keyn karyerasını "Chelsea"də davam etdirə bilər.

London təmsilçisinin yeni baş məşqçisi Qrem Potter ingilis hücumçunu komandasında görmək istəyir. O, Keyni heyətə cəlb olunması üçün rəhbərliyə müraciət edib.

"Chelsea" Keyn üçün "Tottenham"ə pul və "İnter"də icarədə olan Romelu Lukakunu verməyə hazırdır.

29 yaşlı forvard 2011-ci ildən "Tottenham"də çıxış edir. O, bu komanda ilə 395 oyunda 254 qol vurub, 60 məhsuldar ötürmə edib.

Mənbə:
0
296
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar