• Şikayət et

Gəncə Dövlət Dram Teatrı ilə Özbəkistanın Kattakurqan Şəhər Dram Teatrı arasında Memorandum imzalanıb

Avrasiya Teatrlar Birliyinin nümayəndələri Gəncə şəhərinə səfər ediblər. Səfər çərçivəsində Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi ilə görüş keçirilib. Görüşdə Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı, Avrasiya Teatrlar Birliyinin Azərbaycan təmsilçisi, teatrın aktyoru Yusif Cəfərov, Avrasiya Teatrlar Birliyinin Özbəkistan təmsilçisi Aybek Kopadze, Səmərqənd vilayətinin Kattakurqan Teatrının direktoru Batır Tuqalov və teatrın kollektivi iştirak ediblər. 101.az bildirir ki, bu barədə məlumat Gəncə Dövlət Dram Teatrının rəsmi feysbuk səhifəsində paylaşılıb.

Əvvəlcə qonaqlar Gəncə Dövlət Dram Teatrının yeni binasında olublar. Aqil Bəhramlı qonaqlara bir əsrlik tarixə malik olan teatrın keçdiyi inkişaf yolundan bəhs edib, yeni binada teatr kollektivi üçün yaradılan şəraitdən danışıb.

Daha sonra teatrlar arasında Memorandum imzalanıb. Memarandumu Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı və Kattakurqan Şəhər DramTeatrının direktoru Batır Tuqalov imzalayıblar.

Teatrın direktoru memorandumun qarşılıqlı əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıdığını, son iki ildə hökm sürən mövcud pandemiya şəraitinə və onun gətirdiyi problemlərə baxmayaraq, Gəncə Dövlət Dram Teatrının kollektivinin gələcək planlar üzərində düşündüyünü, yeni yaradıcılıq formalarının tətbiqi üçün çalışdığını diqqətə çatdırıb.

O da qeyd olunub ki, Memorandumun əsas məqsədi mədəniyyətin müxtəlif sahələrində, xüsusən də teatr və incəsənət sahəsində tərəflər arasında əməkdaşlığın inkişafı və möhkəmləndirilməsini tənzimləməkdir.

101.az

 

Mənbə:
0
1008
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar