• Şikayət et

Fransa ordusunda korrupsiya: jurnalistlər istintaqa cəlb olundu

Fransanın gündəminə bomba kimi düşən ordudakı korrupsiya xəbəri 3 jurnalisti çətin vəziyyətdə qoyub.

Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, Fransa daxili kəşfiyyat xidmətinin səlahiyyətliləri orduda korrupsiya olduğuna dair iddia ilə çıxış edən üç jurnalisti ifadə verməyə dəvət edib.

Bu jurnalistlər Fransa haqqında hesabat xəbərləri hazırlayan “Disclose”nun qurucusu, jurnalist Geoffrey Livoli, “Fransa Radiosu” nun əməkdaşları Benoit Collombat və Jacques Monin 2018-ci ildə bəzi rütbəlilərin xüsusilə Afrikanın Sahel bölgəsindəki hərbi personalın daşınması əməliyyatı da daxil olmaqla orduda bir sıra korrupsiya faktlarına dair hazırladıqları xəbərə görə dekabrın 14-də ifadə verəcəklər.

İstintaqa cəlb olunan jurnalistlər prosesin sonunda təqsirli bilinərsə, hər biri 5 il həbs cəzası və 75.000 avroya qədər pul cəzası ala bilərlər.

Günel,

BakuPost

0
18
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar