• Şikayət et

Ermənistanın Oxçuçayı çirkləndirməsi ilə bağlı sənədlər Baş Prokurorluğa təqdim olunub

 

Ermənistanın Oxçuçayın suyunun çirkləndirilməsi ilə bağlı sübutedici sənədlər Azərbaycanın Baş Prokurorluğuna təqdim edilib.

Bu barədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupundan məlumat verilib.

İşçi Qrupunun iclasında qeyd olunub ki, Oxçuçayın suyunun çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə mütəmadi aparılmış ekoloji monitorinqlər üzrə toplanmış sübutedici sənədlər hüquqi qiymətin verilməsi və müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Baş Prokurorluğuna təqdim olunub.

pia.az

Mənbə:
0
83
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar