• Şikayət et

Ermənistan üçün zəngi-sur çalındı - VİDEO

30 il əvvəl Azərbaycan əsgəri Laçında olanda arxa cəbhədən ancaq bu xəbərləri eşidirdi. Kütləvi informasiya savaşında yalnız bu radio ilə silahlanan qulaqlarımızın şad xəbər eşitmək şansı yox idi. Bəlkə elə ona görə Laçında döyüşən əsgərlərimiz sözdən çox saza inanırdı.

Nasaz Laçın saz havası üstündə əldən getdi. Laçın son damla Lalə qanına və son damcı südünə kimi döyüşdü. Və Laçını qan apardı. Laçın işğal olunanda Nikol Paşinyan İrəvan dövlət Universitetinin jurnalistika fakültəsində oxuyurdu. Və onda heç kim bilmirdi ki, bu radio tezliyi ilə tezliklə böyüyüb universitetdən qovulmuş tüllab Paşinyanı Laçından da uzaqlaşdıracaq.

Bu gün Laçından eşitdiyimiz kəlmeyi-Zəngəzur, zəngi-sur kimi düşmən qulağını cingildədir. Bu sur düşmən üçün 2 il əvvəl səsləndi. Biz azad etdiyimiz torpaqlarımızın hər birinin adını kəlmeyi şəhadət kimi çəkməliyik. Çünki Şuşa, Laçın, Füzuli, və Zəngilan kimi sözlər şəhadətlə-kəlmə olub. Ermənistan müstəqillik gününü Laçında ucaldılan Azərbaycan bayrağını sey edərək qeyd etdi. Ümumiyyətlə son 2 ildə ermənilərin başı ancaq bizim bayrağa baxmaq üçün qalxdı. Belə bir vəziyyətdə əmrə müntəzirlər və havadarı xaricdən olanlar mühiti zəhərləməyə çalışdı. Hətta 92-ci ilin radiosu da öz qəbuledicisi ilə yeni reallıqları daha yaxşı qəbul edir. Böyük qələbələr qəhrəmanlarla yanaşı xainləri də üzə çıxarır. İçimizdəki bu minaları zərərsizləşdirmək hətta ehtiyac olarsa tapdalamaq lazımdır. Qorxamyın partlamazlar. Tapdalamaq sözü də ağır gəlməsin. Onlar 30 il tapdaq altında qalmış torpaqlarımızdan artıq deyillər ki.

 

Mənbə:
0
231
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar