• Şikayət et

Ermənilər bu fikrinə görə Anna Akopyana NİFRƏT ETDİ - FOTO

Anna Akopyanın bu açıqlaması erməni sosial şəbəkə istifadəçilərini qəzəbləndirib.

KONKRET.az xəbər verir ki, bu gün Ermənistanın Baş nazirinin arvadı Anna Akopyan erməni qadınlarını 8 Mart bayramı münasibətilə təbrik edib. Onun bu təbriki ermənilərdə nifrət yaradıb.

“Həyatımda heç vaxt xoşbəxt erməni qadını görməmişəm. Bizə əsrlər boyu öyrədilib ki, xoşbəxtlik fahişələrin taleyidir”, – Anna Akopyan deyib.

Erməni sosial şəbəkə istifadəçiləri Akopyanı söz atəşinə tutublar. Erməni vəkil Avetik İşxanyan onun təbrikinə münasibət bildirib.

“Saxta təbriklər! Baş nazirin Ledi Maqbet sindromlu arvadı 8 Mart təbriki edərkən belə bir “dahi” fikir söyləməsi diqqətimi çəkdi. “Bizə üstüörtülü şəkildə öyrədilib ki, xoşbəxtlik əxlaqsız insanlar üçündür”.

Hər halda, bu “dahi” fikri ilk dəfədir eşidirəm. Mən çoxlu xoşbəxt erməni qadınlarını görmüşəm və onlarla ünsiyyətdə olmuşam… 2020-ci ilə qədər.

2020-ci ildən sonra nəinki erməni qadını, hətta erməni kişisi də xoşbəxt ola bilmir.

Demək olar ki, 2018-ci ildən sonra, xüsusən də 2020-ci ildən sonra xoşbəxtlik əsl fahişələrin monopoliyasına çevrildi. Düşünürəm ki, o xoşbəxt insanların kim olduğu hər kəsə aydındır.

8 Mart münasibəti ilə on minlərlə erməni qadınını bədbəxt edən baş nazirin vəfasız arvadı da həyasızcasına təbrik edib. Bir nömrəli satqının sözünü gözləyən satqın baş nazirin sadiq tutuquşu, yazıq psevdo-prezident də təbrik göndərib”, – deyə İşxanyan yazıb.

Mənbə:
0
296
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar