Erməni deputat cəsəd alverçilərini ifşa etdi: "Əsgər analarından pul alırlar"

Erməni deputat Naira Zöhrabyan keçmiş qondarma rejimin rəhbəri Arayik Arutyunyanın həbs ediləcəyini bildirib. AzVision.az xəbər verir ki, bu barədə yerli mediaya açıqlama verən müxalif deputat Arutyunyanın məsuliyyətə cəlb edilməsi üçün konkret faktın olduğunu da gizlətməyib.

- Bu gün 44 günlük müharibədə həlak olan Hayk Melikyanın dəfn mərasimi oldu. Hayk Coranın topçulardan biri idi. O, anası ilə sonuncu dəfə ötən il oktyabrın 10-da danışıb və iki gün sonra öldürülüb. Anası oğlunun skeletini müharibə bitdikdən 1 il 2 ay sonra tapdı.
Bu müddət ərzində və elə indinin özündə də Haykın anası cəhənnəmdən keçib getdi.

Vahan Şirxanyan kimilər isə belə anaların dərdlərindən istifadə etməyə çalışaraq cəhənnəmə gedirlər. Şirxanyanın göndərdiyi əclaf Haykın anasının pulu üçün oğlanın sağ olması, Bakıda həbsxanada olması və ayağından yaralanması barədə mütəmadi olaraq yalan məlumatlar verirmiş. Hansı ki, Hayk çoxdan öldürülmüşdü.

Bu gün bu əsgər dəfn edildi. Milli Təhlükəsizlik Xidmətinə isə sualım var: Vahan Şirxanyan heç olmasa xalqın dərdindən istifadə edən biri kii sorğu sual edilibmi? Heç olmasa ölçüyəgəlməz faciədən pul qazanmaq üçün göndərdiyi fırıldaqçılar şahid kimi dindirilibmi cənab Abazyan? Cəlal Arutyunyan da bundan sonra Coranın topçu oğlanlarının dəhşətli ölümünə görə məsuliyyət daşıyacaq,-erməni deputat deyib.

Qeyd edək ki, 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistanda əsgər və zabitlərin kütləvi ölümləri ilə bağlı xeyli saydı müəmmalı xəbərlər dolaşır. Sağ qalanlar general və komandirləri səriştəsizlikdə qınayır, yaxud da döyüş meydanından qaçmaqda suçlayırlar. Bir sıra siyasətçi və müxalifətçilər isə hələ də cəsəd qalıqlarının tapılmasını ölü döyüşlər zamanı ordunun başlı-başına buraxılması ilə əlaqələndirilər.

Tural Tağıyev
 

Mənbə:
0
91
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar