• Şikayət et

Dünyanın ən güclü pasportları sırasında Azərbaycanın yeri - SİYAHI

Böyük Britaniyanın "Henley" şirkəti "2022-ci ilin ən güclü pasportları" adlı hesabat dərc edib. Siyahıya 192 ölkəyə vizasız giriş imkanı verən Yaponiya və Sinqapurun pasportları rəhbərlik edir.

Turizmplus.az xəbər verir ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən təqdim edilən mülkiyyət məlumatlarına əsaslanaraq, Henley Pasport İndeksi 2006-cı ildən bəri müntəzəm olaraq dünyanın səyahət üçün ən uyğun pasportlarını izləyir.

Henley Pasport İndeksinin ilk pillələrində bəzi inkişaf etmiş Asiya ölkələri istisna olmaqla, daha çox Avropa ölkələri yer alır. Reytinqdə Cənubi Koreya Almaniya (190 istiqamət) ilə ikinci, Finlandiya, İtaliya, Lüksemburq və İspaniya isə üçüncü yerdədir (189 istiqamət).

Fransa, Hollandiya və İsveç ötən illə müqayisədə bir pillə irəliləyərək 4-cü yerdə (188 istiqamət) Avstriya və Danimarkaya qoşulub. İrlandiya və Portuqaliya 187 istiqamətlə beşinci yerdədir. ABŞ və Böyük Britaniya illər ərzində geriləyiblər. Bu il isə onlar İsveçrə, Norveç, Belçika və Yeni Zelandiya ilə yanaşı 6-cı yerə yüksəliblər.

Sonuncu yerləri isə müvafiq olaraq Suriya (29), İraq (28) və Əfqanıstan (26) tutur.

Qeyd edək ki, Azərbaycan Respublikasının xarici pasportu 69 istiqamətlə 75-ci yerdədir.

Mənbə:
0
3708
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar