• Şikayət et

Dövlət Baxçalı İlham Əliyevə “Qarabağın Fatehi” yazılmış silah hədiyyə etdi

“Milliyyətçi Hərəkat Partiyası” (MHP) lideri Dövlət Baxçalı Rizə-Artvin Hava Limanının açılış mərasimində iştirak edən Azərbaycan prezidenti İlham Əliyevə “Sarsılmaz” silah zavodunda istehsal olunan qızılla işlənmiş SAR9 modelli tapança hədiyyə edib.

Üzərində “Qarabağın Fatehi” yazılmış xüsusi naxışlı, qızıl örtüklü SAR9 tapançasında Türkiyə bayrağı və “2 Dövlət, Bir Millət” şüarı ilə Azərbaycan bayrağı da əks olunub.


Qeyd edək ki, Türkiyə Müdafiə Sənayesi nazirliyi tərəfindən təklif olunan layihə əsasında istehsal olunan SAR9 tapançası ən çətin şəraitdə hədəfi tapmaq üçün hazırlanıb. İstifadə asanlığı və yüngül quruluşu ilə seçilən SAR 9 yüksək keyfiyyətli polimer korpusa malikdir.

9 millimetrlik SAR 9 həm də gövdədəki aksessuar rayı, həmçinin müxtəlif əl tiplərinə uyğunlaşmaq üçün dəyişdirilə bilən tutacaq örtükləri (S-M-L) və arxa dayaqları sayəsində istifadəçisinə uyğunlaşır.

İynə və tətik təhlükəsizliyinə də sahib olan SAR 9 təhlükəsizlik və rahatlıq hissini birlikdə təqdim edir.

Mənbə:
0
116
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar