• Şikayət et

Diplomatik münasibətlərin yeni inkişaf xətti - VİDEO

Hazırda Cənubi Qafqaz ətrafında gərgin geosiyasi vəziyyət hökm sürür. Bu proseslər bizi Türkiyə ilə daha sıx əməkdaşlığa yönləndirir.

Bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev "Şuşa Bəyannaməsi və Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30-cu İldönümü" adlı konfransda bildirdi. Fərid Şəfiyevin sözlərinə görə, Türkiyə ilə əlaqələrin vacib istiqaməti Ermənistan-Azərbaycan sülh prosesi və Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesidir.

Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin direktoru Ufuk Ulutaş qeyd etdi ki, Qarabağ zəfəri təkcə Azərbaycan üçün deyil, region üçün yeni səmərəli imkanlar açıb. Türkiyə Ermənistanla normallaşma prosesində Azərbaycanla yaxın təmasdadır. Ufuk Ulutaş Azərbaycanın azad olunmuş ərazilərində “yaşıl enerji” layihələrini dəstəklədiklərini bəyan etdi.

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı regionda formalaşan yeni reallığın yeni siyasətin irəli sürülməsinə sövq etdiyini bildirdi. Səfir əlavə etdi ki, Şuşa bəyannaməsi 30 il sonra Qars müqaviləsini taclandıran vacib sənəddir.

Konfrans çərçivəsində 2 hissədən ibarət panel müzakirələri baş tutdu. Türkiyə və Azərbaycanda olan ekspertlərin iştirakı ilə birinci paneldə qardaş ölklər arasında siyasi və hərbi münasibətlər, 2-ci paneldə isə enerji, nəqəliyyat və iqtisadi məsələlər edildi.

 

Mənbə:
0
130
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar