• Şikayət et

Dilarə Kazımova: "Açıq-saçıq şəkillərimi paylaşanda baxış sayı çox olur" - VİDEO

Müğənni Dilarə Kazımova açıq-saçıq geyimlərinin daha çox bəyənildiyini deyib.

ARB televiziyasında yayımlanan "Özəl” verilişinin qonağı olan müğənni Dilarə Kazımova insanların daha çox açıq-saçıb geyimlərlə olan fotoları bəyəndiklərini söyləyib.

Müğənni açıq-saçıq geyimlərin bəyənilməsini dünyanın belə qurulması ilə əlaqələndirib və o kimdənsə geri qalmaq istəmədiyini bildirib:

"Açıq-saçıq şəkillərimi paylaşanda baxış sayı çox olur. Bu məndən asılı deyil, dünya belə qurulub. Yeni klipimdə də açıq-saçıq geyimə üstünlük verəcəm. Mən heç bir mahnını elə-belə çıxartmaq istəmirəm, kliplərə fərqlilik gətirmək istəyirəm. Açıq-saçıq şəkillər əgər mövzuya uyğundursa, biz onu klipdə istifadə edəcəyik. Lazım gələndə qapalı geyinirəm, hər yerin öz geyimi var. Yersiz nələrsə etməyi xoşlamıram. Biz çalışırıq ki, kimdənsə geri qalmayaq”.//azxeber.com

Mənbə:
0
1717
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar