• Şikayət et

Ödədiyi məbləğin 5 qatını geri alan turistlər - HOTELLƏRDƏ TRAGİKOMİK HADİSƏ

Fethiye və Marmarisdəki hotellər tragikomik hadisə ilə üz-üzə qalıblar. Buna səbəb "yalançı" turistlərə ödədikləri sığorta pullarıdır.

Turizmplus.az "Türkiye" qəzetinə istinadən xəbər verir ki, turistlər hotellərdən yeni pul qoparmaq üsulu tapıblar. Onlar müxtəlif bəhanələr - yer yaş idi sürüşdüm, hovuzda mikrob var idi, qidalanmadan zəhərləndim gətirərək hotellərdən müəyyən məbləğlərdə ödənişləri geri alırlar. Beləcə, turizm müəssisələrinin yüz minlərlə funt borcu yaranıb.

İstanbul Ticarət Palatasının üzvü olan Musa Evin bildirib ki, eyni ssenariyə əsasən bir çox dostları milyonlarla TL borca düşüblər.

Mənbə:
0
3568
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar