• Şikayət et

Dalğanın hündürlüyü 7 metrə çatacaq - VİDEO

Dövlət Dəniz və Liman Agentliyinin Gəmilərin Hərəkətinin İdarəetmə Mərkəzinə sentyabrın 23-ü gecədən başlayaraq sentyabrın 26-na kimi Xəzər dənizində havanın dəyişməsi ilə bağlı xəbərdarlıq daxil olub.

Xəbərdarlıqda bildirilir ki, Xəzər dəniz akvatoriyasında şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.

Qeyd edək ki, sentyabrın 26-dək Xəzər dəniz akvatoriyasında dalğanın hündürlüyünün 2-4 metr, sonrakı inkişafda isə 5-7 metrə çatacağı proqnazlaşdırılır.

REAL

 

Mənbə:
0
266
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar