• Şikayət et

“Daha Rusiyadan olan fiqurlu konkisürənlərlə işləməyəcəm”

Əvvəllər rusiyalı konkisürən Evgeniya Medvedeva ilə işləmiş kanadalı məşqçi Brayan Orser artıq Rusiya Federasiyasından fiqurlu konkisürənlər yetişdirməyi planlaşdırmadığını bildirib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Spotrs.ru” məlumat yayıb.

Orser bildirib ki, hazırda ümumiyyətlə, kiminsə belə bir təkliflə ona müraciət edəcəyindən şübhələnir. Daha sonra əlavə etdi ki, o, Medvedeva ilə birlikdə "gözəl yol" keçib, lakin o artıq burada dayanmağı düşünür.

Brayan Orser 2018-2020-ci illərdə Kanadada Evgeniya Medvedevaya baş məşqçilik edib, bundan sonra rusiyalı fiqurlu konkisürən əvvəllər birlikdə işlədiyi Eteri Tutberidzeyə qayıtdığını elan edib.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Rusiyanın “Rosbalt” saytı ilin əvvəlindən bəri Rusiya Fiqurlu Konkisürmə Federasiyasına digər ölkələrin yığmalarına transferlə bağlı 19 müraciət daxil olduğu barədə material vermişdi.

Onu da xatırladaq ki, martın 1-də Beynəlxalq Konkisürmə İttifaqı Ukraynadakı vəziyyətə görə Rusiya və Belarus konkisürənlərini, şort-trekçi və fiqurlu konkisürənləri təşkilatın himayəsi altında keçirilən bütün yarışlardan kənarlaşdırıb.

Ağasəf Babayev

Mənbə:
0
792
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar