• Şikayət et

Cıdır düzü - Tarixi yarış meydanı - VİDEO

Dağlar qoynundakı məşhur Cıdır düzü Şuşanın ən yüksək zirvəsində yerləşir. Bu zirvənin kənarındakı cığırın qırx pilləkana, Daşaltı dərəsinə və Xan mağarasına qalxması onun əhəmiyyətini daha da artırır. Bütün dövlərdə Cıdır düzü şuşalıların və Şuşaya təşrif buyuran qonaqların sevimli məkanı olub. Bura təkcə Növruz bayramı və digər el şənlikləri, qəhrəmanlıq simvolu olan "Papaq", "Yaylıq", "Bahar-bəndi", "Bənövşə" kimi o dövrün məşhur oyunlarına, ədəbi-musiqili məclislərinə, xüsusilə də Mir Möhsün Nəvvabın təşkil etdiyi "Məclisi-Fəramuşan" cəmiyyətinin tədbirlərinə şahidlik etməyib. Cıdır düzü kəndirbazların, klounların çıxışları ilə müşayiət olunurdu. Xüsusilə də məşhur cövkən və digər at yarışları təşkil olunurdu. Etnoqraf Solmaz Məhərrəmova bildirdi ki, bu baxımdan Cıdır Düzünün xalq arasında "yarış meydanı" adlandırılması təsadüfi deyildi.

Cıdır düzündə insanlar həmçinin qoç və dəvə döyüşüləri də keçirirdilər. Tarixi salnamələrə və yerli Şuşalıların xatirələrinə görə, Cıdır düzü həm də pəhləvanların görüşdüyü və yarışdığı məkan idi. Xüsusən də yerli güləşçilərin tanınmış əcnəbi pəhləvanlarla görüşlərinə çoxlu tamaşaçı toplaşırdı.

Cıdır düzü 30 ilə yaxın işğal dövründə dağıdılsa da, onun kənarındakı qırx pilləkan, Daşaltı dərəsi və Xan mağarası ermənilər tərəfindən yerlə yeksan olsa da, Vətən müharibəsindəki qələbədən sonra bura yenidən mədəniyyət tədbirlərinin, konsertlərin, xarici qonaqların toplaşdığı məkana çevrildi. 2020-ci il noyabrın 8-də Şuşanın azad olunmasından cəmi 6 ay sonra Xarı Bülbül festivalı Cıdır düzünə səs saldı.

Bu ənənə bu il də davam etdirildi. Festival çərçivəsində dünya ölkələrinin folkuloru, rəqsi Cıdır düzünə nümayiş etdiridi.

2021-ci ilin yayında Bakı Media Mərkəzinin təşkilatçılığl ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim olundu.

Təsadüfi deyil ki, bu gün yerli və xarici qonaqların Şuşa səfərində Cıdır düzü birmənalı olaraq proqrama salınan yeganə məkandır. Bu ərazi həm də özündə Azərbaycanın, Qarabağın, Şuşanın gözəlliyini təcəssüm etdirir.

Qonaqlı-qaralı Şuşa, Cıdır qucağını bütün sevənlərinə açıb. Çünki bura igidlər oylağıdır. Zamanında öz gücünü sınayıb qılınc oynadıb, at çapanların, indi də Şuşa üçün, Cıdır düzü üçün canından keçən Şəhidlərimizin....

 

Mənbə:
0
80
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar