• Şikayət et

Ceyhun Bayramov Serqey Lavrov ilə görüşəcək? - Leyla Abdullayevadan ÖZƏL AÇIQLAMA

Mayın 12-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Düşənbəyə yola düşüb.

 

XİN başçısı Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. Onun səfər çərçivəsində bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub. Həmçinin Ceyhun Bayramovla Rusiya XİN rəhbəri Sergey Lavrov arasında da görüşün baş tutacağı güman olunur.

 

Bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeva Ednews-un sorğusuna cavab olaraq deyib. Mətbuat katibi bildirib ki, görüşlərlə bağlı məlumatlar dərhal XİN tərəfindən ictimaiyyətə açıqlanacaq.

 

Əməkdaşımızın “Nazir Ceyhun Bayramovun Rusiya XİN başçısı Serqey Lavrovla görüşü zamanı Azərbaycan- Ermənistan münasibətləri müzakirə oluna bilərmi?” sualına L. Abdullayeva bildirib ki:

 

"Cənab nazirin Düşənbədə bir sıra görüşləri baş tutacaq. Əlavə məlumatlar mətbuatın diqqətinə çatdırılacaq".

 

Xanlar Əlibəy

 

Mənbə:
0
135
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar