• Şikayət et

Bu xəstəliyi olanlar gecə yatanda qəfil ölə bilər

Mütəxəssislər "yuxu apnesi” xəstəliyinin qəfil ölümə səbəb olduğunu açıqlayıb.

Press.az azxeber.com-a istinadən xəbər verir ki, ən əhəmiyyətli əlaməti yuxuda tənəffüsün dayanması olan "yuxu apnesi" xəstəliyi gecələr ani ölümə səbəb olur.

"Yuxu apnesi" xəstəliyi yüksək qan təzyiqi, ürək ritminin pozulması, iflic və ya qəfil gecə ölümünə səbəb ola bilər. Sinə Xəstəlikləri Mütəxəssisi Dr. Neslihan Taş "yuxu apnesi”nin ani ölümə səbəb ola biləcəyini söyləyib.

Onun sözlərinə görə, yuxu zamanı boğazdakı tıxanma səbəbindən təkrarlanan tənəffüs pozğunluqları (tənəffüs dayanması: apne , nəfəs darlığı) nəticəsində inkişaf edir. Yuxu müddətində tənəffüsün tamamilə kəsilməsi və ya əhəmiyyətli dərəcədə azalması səbəbi yuxunun pozulmasına və qanda oksigen nisbətinin azalmasına səbəb olur. Nəfəs ala bilməməyimiz oyanmaqla bitir və nəfəs yenidən başlayır. Oyaqlıq sinir sistemində qıcıqlanmaya, müvafiq sinir sisteminin ürək və damarlara təsiri qan təzyiqinin artmasına səbəb olur. Yuxunun pisləşməsi maddələr mübadiləsinə və cinsi funksiyalara da təsir göstərir. Bu səbəbdən obstruktiv yuxu apne sindromu bir çox bədən sistemini narahat edən əhəmiyyətli bir sağlamlıq problemidir.

O, yuxunun sağlam həyat üçün böyük əhəmiyyət daşıdığını ifadə edib:

"Orta insan həyatının üçdə birini təşkil edən yuxu sağlam həyat üçün böyük əhəmiyyət kəsb edir. Keyfiyyətsiz yuxu isə daim yatmaq kimi şikayətlərə səbəb olur. Bu da öz növbəsində yüksək qan təzyiqi, ürək çatışmazlığı, həmçinin ritm pozğunluqları, iflic və ya qəfil gecə ölümlərinə səbəb olan yuxu apnesinə səbəb ola bilər.

Həkim bildirib ki, "yuxu apnesi”nin ən əhəmiyyətli əlaməti yuxu zamanı tənəffüsün dayanmasıdır:

"Yuxu apnesi” sindromu olan bir adamda xoruldama 3-4 qat daha çox, çox kobud və yüksək səslə olur. Xoruldamanın yanında nəfəs darlığı da olur. Tez-tez ah çəkmə, əl və qol hərəkətləri ilə çırpınma, oyanmağa çalışmaq, tez-tez və uzun müddətli tənəffüs fasilələri, səhərlər yorğun oyanmaq yuxu apnesi sindromu olan insanlarda müşahidə olunur.

"Yuxu apnesi”nin digər əlamətlərini aşağıdakı kimi sıralamaq olar:

-Yuxu zamanı narahatlıq, xoruldama, tez-tez sidiyə getmə, tərləmə , ağız quruluğu. Bundan əlavə, baş ağrısı, unutqanlıq, konsentrasiya pozğunluğu, depressiya, həddindən artıq yuxululuq, yorğunluq yuxu apnesinin gündüz əlamətləri arasındadır.

Mənbə:
0
1646
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar