• Şikayət et

Bu ölkədə koronavirusa ilk yoluxma qeydə alındı

Şimali Koreyada ilk COVID-19 xəstəsi rəsmi olaraq qeydə alınıb.

Ednews xəbər verir ki, dövlət mediası paytaxt Pxenyanda “Omicron” epidemiyasına yoluxmanın baş verdiyini bildirsə də, yoluxanların sayı açıqlanmayıb.

Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) bildirdiyinə görə, lider Kim Çen In bu epidemiyanı ölkənin "karantin cəbhəsini pozan ciddi milli fövqəladə vəziyyət" adlandırıb və bunun kökünü kəsəcəyinə söz verib.

Müşahidəçilər virusun ölkədə çoxdan mövcud olduğuna inandıqlarını bildirib.

Qeyd edək ki, Şimali Koreya COVID-19 peyvəndi proqramından imtina edib və ötən il milyonlarla “AstraZeneca” və Çin istehsalı olan “Sinovac” vaksinlərinin tədarükü üçün beynəlxalq ictimaiyyətin təkliflərini rədd edib.

Şimali Koreyanın COVID-19-la mübarizədə əsas addımı 2020-ci ilin yanvarında xarici sərhədlərini möhürləmək olub.

Mənbə:
0
131
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar